Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyevin Sədərək rayonunun Dəhnə adlanan ərazisində çadırlarda yaşamağa məcbur olan sakinlərlə görüşü


1990-cı il iyul ayının 22 -də Naxçıvana qayıdan Ulu öndər qızğın döyüşlərin getdiyi bir vaxtda - iyulun 28-də Sədərək kəndinə gəlir. Dəhnə adlanan ərazidə çadırlarda yaşamağa məcbur olan qadın və körpələrlə görüşən dahi rəhbərin buraya gəlişi, həm çadırlarda məskunlaşan Sədərək sakinlərinə, həm də səngərdə döyüşənlərə ruh yüksəkliyi vermişdir.
28 may 1992-ci il Ulu Öndər Heydər Əliyev Türk dünyasını birləşdirən “Ümid körpüsü” nün açılışında


Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işlədiyi dövrdə Sədərək rayonuna gələrək Türkiyə ilə Azərbaycanı birləşdirən, xalq arasında "Ümid" körpüsü kimi tanınan Sədərək-Dilucu körpüsünün açılışını etmişdir.
Bu körpünün açılışında məqsəd Naxçıvanın o zamankı ağır blokada şəraitindən çıxarılması, Türkiyə ilə birbaşa quru yolunun yaradılması və xarici aləmə qapı açılması idi. Bu səfər və açılış Naxçıvanın iqtisadi xilas yolu olmuşdur.
Heydər Əliyevin 1992-ci ildə müharibə dövründə Naxçıvanın təhlükəsizliyini təmin etmək və əhalinin döyüş ruhunu yüksəltmək məqsədi ilə Sədərək rayonuna gəlişi.

Heydər Əliyevin 1992-ci ildə Sədərək rayonuna müharibə dövründə gəlişinin əsas səbəbi Naxçıvanın təhlükəsizliyini təmin etmək və əhalinin döyüş ruhunu yüksəltmək idi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində hücumlar edirdi. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi birbaşa cəbhə bölgəsinə gedərək vəziyyətlə yerində tanış oldu. Müdafiənin təşkili, yerli özünümüdafiə qüvvələrinin gücləndirilməsi və əhaliyə mənəvi-siyasi dəstək vermək məqsədi daşıyırdı. Bu səfər Naxçıvanın müdafiəsində dönüş nöqtələrindən biri sayılır.
Ulu öndər Heydər Əliyevin 14 avqust 2002-ci ildə Sədərək rayonuna rəsmi səfəri



14 avqust 2002-ci il tarixində Heydər Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib və həmin səfər çərçivəsində Sədərək rayonunun sakinləri ilə görüşüb. Görüş zamanı o, Sədərək rayonunun geostrateji əhəmiyyətini, sərhəd bölgəsi kimi rolunu və bu bölgənin tarixini xatırladıb. O, demişdi ki, Sədərək həmişə Azərbaycanın ən ucqar yerində yerləşib, sərhədi qorumuş və igidlik nümunələri göstərmişdir, bu isə ölkə üçün xüsusi əhəmiyyətə malikdir.