İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI

 

Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olmuşdur. 1995-2006-ci illərdə  Şahbuz rayon Kolanı kənd tam orta məktəbində orta təhsil almışdır. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili, 2011-2014-cü illərdə eyni ixtisas üzrə magistratura təhsili almışdır. 2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olmuşdur.

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində işləyərək başlamışdır. 2014-2018-ci illərdə "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-2021-ci illərdə həmin universitetin İdarəetmə fakültəsində dekan vəzifəsində işləmişdir. 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunmuş, 21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Ailəlidir, iki övladı var.