İCRA HAKİMİYYƏTİ BAŞÇISININ MÜAVİNLƏRİ

Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri

      

Pərviz Nadir oğlu Ağayev  27 oktyabr 1987-ci ildə Şərur rayon Dəmirçi kəndində anadan olmuşdur. 1993-2004-cü illərdə  Şərur rayon Dəmirçi kənd 1 nömrəli tam orta məktəbində orta təhsil almışdır. 2009-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışdır.

Əmək fəaliyyətinə 2011-ci ildən Şərur rayon Dəmirçi kənd 2 nömrəli tam orta məktəbində müəllim işləyərək başlamışdır. 2013-2018-ci illərdə Dəmirçi kənd tam orta məktəbində müəllim, 2018-ci ildə  Şərur rayon Təhsil Şöbəsində Metodist vəzifəsində işləmişdir. 2018-2021-ci illərdə Dəmirçi kənd tam orta məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 28 oktyabr 2021-ci ildə  Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunmuşdur.

Ailəlidir, iki övladı var.