Yusif Mirabbas oğlu Seyidov 9 yanvar 1970-ci ildə Sədərək rayon Sədərək kəndində anadan olmuşdur. 1977-1987-ci illərdə Sədərək rayon Sədərək kənd tam orta məktəbində orta təhsil almışdır. 1987-1993-cü illərdə Ukrayna Respublikasında Dəmiryolları mühəndisləri institunda “Sənaye və mülki tikinti” ixtisası üzrə əyani və 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetmə” ixtisası üzrə qiyabi formada bakalavr təhsili almışdır.
Əmək fəaliyyətinə 1995-1998-ci illərdə Sədərək Rayon İcra Hakimiyyətində Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsində böyük referent vəzifəsində başlamışdır. 1998-2004-cü illərdə Sədərək Rayon İcra Hakimiyyətində Sosial iqtisadi məsələlər şöbəsində böyük iqtisadçı vəzifəsində işləmişdir. 2004-2007-ci illərdə Sədərək rayon Yol Təmir İstismar idarəsində rəis vəzifəsində çalışmışdır. 2007-2018-ci illərdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir. 24 iyun 2024-cü ildə yenidən Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunmuşdur. 21 iyul 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə başçının birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, üç övladı var.