
Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Mərkəzi Xəstəxananın akt zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” adlı tədbir keçirilmişdir. Tədbirdə natiqlər öz çıxışlarında bildirmişlərdir ki, Cənab Prezident İlham Əliyevin çoxşaxəli siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını bir nömrəli milli məsələ və xarici siyasət kursunun əsas strateji istiqaməti kimi müəyyənləşdirən Prezident İlham Əliyev hücum diplomatiyası həyata keçirməklə Azərbaycan reallıqlarının təbliğ, erməni yalanlarının isə ifşa olunması ilə bağlı mühüm nailiyyətlər qazanılmasını təmin etdi. Xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər bu kimi qurumlarda səmərəli, fəal diplomatik işin aparılması Azərbaycana mühüm üstünlüklər qazandırdı. 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi olmaqla yanaşı, Ermənistanın işğalçı və terrorçu siyasətinin dünya ictimaiyyətinin diqqətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyətə malik oldu. Digər tərəfdən, 2003-2018-ci illəri əhatə edən dönəm həm də Azərbaycan Ordusunun hərbi potensialının, gücünün artması, vətənpərvərlik ruhunun yüksəlməsi ilə səciyyələndi. Prezident İlham Əliyevin uğurlu, səmərəli və nümunəvi ordu quruculuğu siyasəti nəticəsində silah-sursat, texnika ilə təchizat, döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasına daxil oldu və öz sözünü döyüş meydanında dedi. 2016-cı ildə Ermənistanın diversiya-təxribat cəhdləri nəticəsində baş vermiş 4 günlük Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək gücündə, əzmində və iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu 2000 hektara yaxın ərazini, o cümlədən Lələtəpə və Talış yüksəkliklərini azad etməklə həm də “güclü Ermənistan ordusu” mifini darmadağın etmiş oldu. Şübhəsiz ki, 4 günlük döyüşlərdən 44 günlük müharibəyə gedən yolda atılan hər bir addım Azərbaycanın tarixi Qələbəsinə - möhtəşəm Zəfərinə etibarlı zəmin formalaşdırdı və 2020-cilin sentyabr ayının 27-də Azərbaycan ordusu işğal olunmuş bütün ərazilərini işğaldan azad etdi. Bununla da zaman Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirməsinə şahidlik etdi və Cənab Prezident İlham Əliyev bir daha sübuta yetirdi ki, onun sözü imzası qədər dəyərli, dəyərli olduğu qədər də keçərlidir.

