Sədərək rayonunda ərik, alma və gilasdan ibarət ümumi çəkisi 3500 kiloqram olan meyvə “N” saylı hərbi hissənin rayon ərazisində yerləşən bölməsinə təhvil verilib.
Sədərək Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər xidmət müəssisələrinin qulluq göstərdiyi meyvə bağlarından toplanan müxtəlif növ meyvələr 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rayon ərazisində yerləşən hərbi bölmələrin əməkdaşlarına təhvil verilib. Bu təşəbbüs əlamətdar gün münasibətilə hərbi qulluqçularla həmrəylik göstərilməsi, onlara müxtəlif sovqatların çatdırılması xalq-ordu birliyinin bariz ifadəsi kimi qiymətləndirilir.