Sədərək Rayon ümumtəhsil məktəblərində Bilik Günü tədbiri keçirilib

Sədərək Rayon ümumtəhsil məktəblərində Bilik Günü tədbiri keçirilib

 

15 sentyabr – Bilik Günü münasibətilə Sədərək rayonunun ümumtəhsil məktəblərində tədbir təşkil olunub. Tədbir Sədərək kənd 1 nömrəli tam orta məktəbində baş tutub.

 

Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, təhsilin inkişafı və gənc nəslin savadlı, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb və kollektivə uğurlar arzulayıb.

 

Daha sonra Sədərək Rayon Təhsil Şöbəsinin müdiri çıxış edərək müəllim və şagirdləri Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. O, ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğını vurğulayıb, yeni tədris ilində məktəblərdə təhsilin keyfiyyətinin artırılması və şagirdlərin yüksək nailiyyətlər əldə etməsi üçün qarşıda duran vəzifələrdən bəhs edib, müəllim və şagirdlərə sağlamlıq, uğur və yüksək nəticələr arzulayıb.

 

Sonda rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə məktəbin I siniflərində olub, şagirdlərə və müəllimlərə uğurlar diləyib.

Daha sonra rayonun icra başçısı Naim Cahidzadə birinci sinfə yeni qədəm qoymuş şagirdlərlə görüşərək söhbət aparıb, birincilərin səsləndirdiyi şeirləri dinləyib.