Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə vətəndaş qəbulu keçirib

Avqustun 4-də Sədərək Rayon İcra Hakimiyyətinin başçısı  Naim Cahidzadə vətəndaş qəbulu keçirib.

 

Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  binasında baş tutan qəbul zamanı Rayon İcra  Hakimiyyəti başçısı aparatının aid əməkdaşlarının iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.

Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.  Qəsəbə  sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və  Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.