Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac inzibati ərazi dairəsində Vətən müharibəsi iştiraşçıları ilə görüş keçirmişdir.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Görüşdə iştirak edən müharibə veteranları çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının rifahı və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını ifadə edərək, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.