
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayon ərazisində təsərrüfat sahibləri ilə görüşüb.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə görüşdə ölkə başçısı Cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, bu sahənin inkişafı istiqamətində qəbul edilmiş qərarlardan, dövlət proqramlarından və verilən subsidiyaların əhəmiyyətindən danışıb. Kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək tədbirlər barədə təsərrüfat sahiblərinə məlumat verib.
Görüş zamanı təsərrüfat sahiblərinin qaldırdıqları məsələlər əsasən, təsərrüfat suyu ilə təminat, mütərəqqi suvarma sistemlərinin lizinq yolu ilə əldə olunmasına köməkliklərin göstərilməsi, otlaq bölgüsünün düzgün aparılması, heyvandarlığın və damazlıq quşçuluğun inkişafına kreditlərin ayrılması və digər məsələlərlə bağlı olub. Qaldırılan məsələlərinin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə rayonun məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Qəbulda iştirak edən fermerlər səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.



