
Sədərək Rayon İcra Hakimiyyəti yanında İctimai Şura təsis olunub.
Sədərək Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təsis olunması ilə bağlı sentyabr ayının 24-də iclas keçirilib. İclasda İctimai Şuranın fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılaraq qeyd olunub ki, Şurada ictimai rəy nəzərə alınmaqla qəbul olunan qərarlar dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, həmçinin birgə dialoqun, qarşılıqlı etimad və əməkdaşlıq mühitinin güclənməsinə mühüm töhfə verəcək.
İclas zamanı Şuranın sədri, müavini və katibi seçilib, fəaliyyət istiqamətləri müzakirə olunub.
Şuranın sədri Nəsirov Həsən , müavini Əliyeva Vüsalə , katibi Hənifəzadə Elnurə seçilmişlər.
Eyni zamanda, iştirakçılara İctimai Şura üzvlərinin hüquq və vəzifələri, eləcə də Şuranın fəaliyyətinin hüquqi əsasları barədə ətraflı məlumat verilib.
Sədərək Rayon İcra Hakimiyyəti yanında İctimai Şura təsis olunub






Sədərək Rayon
İcra Hakimiyyəti yanında İctimai Şura təsis olunub