
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 477 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının 14-cü bəndinin icrasına müvafiq olaraq Sədərək rayon Heydərabad qəsəbəsində 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci küçələrin adları yeni ünvan adları ilə dəyişdirilib.
Sədərək rayon Heydərabad qəsəbəsində 1-ci küçənin adı “Qurtuluş küçəsi”, 2-ci küçənin
adı “Zəfər küçəsi”, 3-cü küçənin adı “Kərki küçəsi”, 4-cü küçənin adı “Xarıbülbül küçəsi”, 5-ci küçənin adı “12 noyabr küçəsi”, 6-cı küçənin adı “20 sentyabr küçəsi” və 7-ci küçənin adı “Müstəqillik küçəsi” olaraq dəyişdirilmişdir.





