İyun ayının 24-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərək rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevlə birlikdə Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, muxtar respublikaya avadanlıqların idxalı və digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib.