
Sədərək rayonunda icra başçısının səyyar görüşləri davam edir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə vətəndaşlarla növbəti səyyar görüşü Sədərək kəndində keçirib. Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının aid əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Müraciətlər əsasən içməli su təchizatında son günlər yaranmış fasilələr, kanalizasiya xətlərinin çəkilməsi, nəqliyyat problemləri və s. bir sıra digər məsələlərlə bağlı olub.
Qeyd edilən müraciətlərin bir qismi həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə İcra Hakimiyyətinin başçısı tərəfindən həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

