Sədərək rayonunda icra başçısının növbəti səyyar görüşü keçirilib
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə vətəndaşlarla növbəti səyyar görüşü Dəmirçi kəndində keçirilib. Səyyar görüşdə RİHB-nin müavini və şöbə müdirləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilərək onların həlli nəzarətə götürülüb.