Naim Cahidzadə Sədərək kəndində növbəti vətəndaş qəbulu keçirib

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kəndində növbəti vətəndaş qəbulu keçirib.
Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında baş tutan qəbul zamanı vətəndaşlar qəbul edilib və onları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təkliflərini dinlənilib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınıb,
qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.