
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayon ərazisində taxıl biçininin vaxtında, itkisiz həyata keçirilməsi üçün Heydərabad qəsəbəsində fermer və kənd sakinləri ilə görüşüb.
Naim Cahidzadə qeyd edib ki, taxıl əkini dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da əkinçilərin əsas məşğuliyyət növlərindən biridir. Taxıl əkinçiliyi əhali üçün xammal, heyvandarlıq üçün isə yem hazırlanmasında dəyərli bir sahədir. Rayon rəhbəri vurğulamışdır ki, Sədərəkli fermerlər yüksək keyfiyyətli taxıl istehsalını artırmaq üçün torpaq-iqlim şəraitinə uyğun yüksək keyfiyyətli məhsulvermə qabiliyyətinə malik olan sortları seçilməklə onların əkin sahəsi Naxçıvanda ən yüksək göstəricini 36.8 sentiner taxıl əldə etmələrinə səbəb olub.
Qəbulda iştirak edən fermerlər səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

