Naim Cahidzadə rayon ərazisində təsərrüfat sahibləri ilə görüşüb

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayon ərazisində  təsərrüfat sahibləri ilə görüşüb.

Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı sahəsində görülən işlərin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində ölkəmizin hər yerində olduğu kimi Sədərək rayonunda da operativ tədbirlər görülür. Bu məqsədlə Sədərək rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə mütamadi olaraq sahibkarlar, fermerlərlə görüşlər keçirir, onların gördüyü işlər və qarşılaşdıqları problemlərlə yerində maraqlanırıb. İcra başçısı Qaraağac kəndində fermerlərin təsərrüfatında olub.Naim Cahidzadə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Bildirilib ki, rayonda tərəvəzçilik, bağçılıq, heyvandarlıq, meyvəçilik, quşçuluq və digər sahələrin dinamik inkişafına nail olunub. Lakin bu, heç də son hədd deyil. İstehsalın artırılması, əkin sahələrinin, bağçılığın genişləndirilməsi üçün rayonda kifayət qədər imkanlar var. Prezident cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdıraraq, yeni mərhələdə aqrar sektorun inkişaf istiqamətlərindən danışan Naim Cahidzadə bu istiqamətdə dövlət dəstəyinin gücləndirildiyini söyləyib. Həmçinin torpaqlardan səmərəli istifadə edilməsinin, ərzaq idxalının azaldılması istiqamətində ciddi işlərin aparılmasının önəmi vurğulayıb. Qəbulda iştirak edən fermerlər səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə  və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.