
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə növbəti səyyar görüş keçirib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kəndində sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri Naim Cahidzadə bildirib ki, ölkə başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin olunması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə məhəllədaxili yollar, su və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı icra başçısı Naim Cahidzadə tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və məsələlər nəzarətə götürülmüşdür.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


