Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Heydərabad qəsəbə tam orta məktəbində rayonun ictimai – siyasi həyatında fəal olan bir qrup qadınla görüş keçirib.
Görüşdə çıxış edən Naim Cahidzadə tədbir iştirakçılarını salamlayaraq Torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar, can sağlığı arzulayıb. İctimai həyat sahələrində, idarəetmədə qadınların aktivliyinin artmasından, bu istiqamətdə dövlətimiz tərəfindən aparılan siyasətdən söz açan icra başçısı Sədərəkdə də bir çox sahələrdə qadınların xüsusi fəallığını diqqətə çatdırıb.
Rayon rəhbəri həm ailədə, həm də cəmiyyətdə qadının üzərinə daha çox məsuliyyət düşdüyünü qeyd edərək vurğulayıb ki, ailə dəyərlərini qoruyub saxlayan, nəsildən-nəsilə ötürən məhz qadındır. Övladın təlim-tərbiyəsində ananın təsiri daha böyükdür. Biz Vətən müharibəsində məhz Azərbaycan qadınının necə övladlar böyütdüyünün şahidi olduq.
Sonra çıxış edənlər göstərilən diqqətə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Yekunda rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən qadınlara rayon icra hakimiyyəti başçısı öz təşəkkürünü bildirib.