Naim Cahidzadə Heydərabad qəsəbəsində təsərrüfat sahibləri ilə görüşüb

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Heydərabad  qəsəbəsində təsərrüfat sahibləri ilə görüşüb.

Naim Cahidzadə  keçirilən görüşün əhəmiyyətini qeyd edərək deyib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunmuşdur. Sədərək rayonunda aqrar sahənin mövcud vəziyyətindən də söz açan Naim Cahidzadə söyləyib ki, aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, dövlətin göstərdiyi dəstək mexanizmlərdən sahibkarların istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasına tam imkan yaradır.

Görüşdə çıxış edən sahibkarlar Sədərək rayonunda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün geniş potensial imkanların olduğunu, xüsusilə  kənddən şəhərə və digər yarmarkalarda kənd təsərrüfatı istehsalçılarının standartlara, gigiyenik və texniki tələblərə uyğun məhsullarının heç bir maneə olmadan sata bildiklərini vurğulayıblar.