Ümummilli lider Heydər Əliyevin Naxçıvan haqqında dediyi müdrik kəlamlar

 

* Naxçıvan mənim ana torpağımdır.

* Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti,    əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi düzgün yoldadır.

* Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənimdə həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz.

* Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz.

* Konstitusiyada Naxçıvan Muxtar Respublikasının Statusu müəyyən olunubdur, əbədi müəyyən olunubdur.

* Naxçıvan Azərbaycan Respublikasının tərkibində Muxtar dövlətdir.

* Mən istərdim ki, Siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyasınız.

* Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən həmişə Sizə sadiq olmuşam, bundan sonra da sadiq olacağam.

* Qədim Naxçıvan torpağına eşq olsun!

* Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir.

* Naxçıvanlılar öz torpağını qorumaq üçün ayağa qalxmış və böyük qəhrəmanlıq nümunələri göstərmişlər.

* Mən üç il Naxçıvanda yaşamağımı və Sizinlə, Muxtar Respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm.

* Mən nə doğulduğum yeri  heç vaxt unuda bilərəm, nə də ki, üç il müddətində burada Naxçıvanın problemlərinin həlli ilə əlaqədar Sizinlə birlikdə  gördüyüm işləri.

* Ötən günləri xatırlayanda, indi Naxçıvan demək olar ki, çox gözəl bir vəziyyətdə yaşayır.

* Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır.

* Saf mənəviyyatlı, qeyrətli, namuslu naxçıvanlıların qarşısında baş əymişəm və baş əyirəm.

* Müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu torpağın qarşısında baş əyirəm.

* Naxçıvanlılar özlərinə məxsus ad qazanıblar.

* Naxçıvan torpağına ləkə gətirən adamlara yol verməyin.

* Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil. Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərini  dəyanətli, dözümlülüyü, qüdrəti, cəsarəti və mə’nəvi saflığı ilə bu haqqı qazanıblar.

* Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır.

* Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük tohfələri olmuşdur.

* İndi Naxçıvanda məktəblər tikilir. Azərbaycanın çox yerlərində məktəblər tikilmir, amma Naxçıvanda tikilir. Muxtar Respublikada xəstəxanalar tikilir. Yə’ni Azərbaycanın başqa bölgələrinə nisbətən Naxçıvanda ən çətin şəraitdə yaşayan insanlar quruculuq işləri ilə məşğul olurlar, zəhmət çəkirlər, fədəkarlıq, vətənpərvərlik göstərirlər.

* Naxçıvan yaşayıb, yaşayır, Naxçıvan blokada şəraitində əyilməyibdir, dözübdür, bundan sonrada yaşayacaqdır.

* Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstərilir, yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir olduqlarını dünyaya həmişə nümayiş etdiriblər.

* Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər.

* Mən fəxr edirəm ki, bir çox böyük dövlətlərin zəngin tarixə malik olan Universitetlərinin fəxri doktoruyam. Ancaq daha da çox fəxr edirəm ki, mən Naxçıvan Muxtar Respublikasının Yusif Məmmədəliyev adına Universitetinin doktoruyam.

* Mən ilk təhsilimi Naxçıvanda almışam. Əziz müəllimlərim Naxçıvanda mənə orta təhsil verib məni həyata buraxıblar. Ona görə Naxçıvan təhsili məktəbi mənim üçün əzizdir.

* Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri Naxçıvandır.

* Naxçıvanda son illərdə quruculuq işləri gedir-məktəblər tikilir, xəstəxanalar tikilir, yaşayış evləri tikilir.

* Naxçıvanlılar ən çətin zamanlarda ruhdan düşmürlər, öz işlərini irəli aparırlar, qururlar, yaradırlar.

* Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan Naxçıvan bundan sonra daha da səmərəli istifadə edəcəkdir.

* Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın, müstəqil  Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir.

* Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çoz zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də  göstərəcəkdir.

* Naxçıvan qədim zamanlarda Azərbaycanın ən mö’təbər bölgələrindən biri olubdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı yaşatmışlar.

* Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir.

* Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və “Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir.

* XlX-XX əsrlər dövründə də Naxçıvan həmişə mədəniyyətə, təhsilə çox maraq göstərmiş, mədəniyyəti inkişaf etdirmişdir.

* Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olubdur.

* Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Naxçıvanda məktəb çox deyildi, amma məktəbdə verilən dərslər və şagirdlərin dərsləri qavraması çox yüksək səviyyədə idi.

* Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri mənim bu günkü dilimin əsasını təşkil edir.

* Təsadüfi deyil ki, Azərbarcanda elə bu gün də, on il də, iyirmi il də, otuz il də bundan öncə böyük alimlərin, elmlə məşğul olan insanların, akademiklərin, professorların, unuversitetlərdə dərs verənlərin, yaxud Elmlər Akademiyasında, elmi-tədqiqat instutlarında çalışanların çoxu öz həyat yollarını Naxçıvanda başlayıblar.

* Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbabətidir.

* Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir.

* Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli şüurun, Azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır.

* Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şe’r deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir.

* Belə ağır şəraitdə biz yaşadıq, amma Naxçıvan əyilmədi, Naxçıvan öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və Naxçıvan bu günlərə çıxdı.

* Naxçıvan məni öz qoynuna aldı, qorudu, saxladı, mən də onları qorudum, mən də onları saxladım.

* İndi Naxçıvan böyük inkişaf yoluna düşübdür.

* Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur.

* Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də tə’min etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük əvəz olmayan bir sənətdir.

* Naxçıvanın muxtariyyət statusu alması da çox ağır, gərgin bir dövrdə, yəni gərgin mübarizələr nəticəsində olmuşdur.

* Naxçıvanın muxtariyyət alması və 75 il müddətində Muxtar Dövlət kimi yaşaması böyük hadisədir.

* Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada Sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur.

* Təbiidir ki, mən Vətənimi çox sevən adamam. 60 il bundan öncə burada dərs deyən müəllimlərimin adlarını da bu gün yadımdan çıxarmamışam.

* Nəhayət, mənim üçün bir dəyərli xatirə də var. 1992-ci ilin oktyabr ayında biz burada ilk dəfə dövlət çevrilişinə cəhdlə rastlaşdıq. Bəli, Xalq Cəbhəsinin silahlı dəstələri gedib Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin, televiziyasının binalarını zəbt etdilər və Naxçıvanda olan hakimiyyəti devirməyə çalışdılar. O dövrdə xalq ilk dəfə artıq Xalq Cəbhəsini yox, bizi müdafiə etdi.

* Naxçıvan camaatı burada mənə böyük hörmət, qayğı, məhəbbət göstərib, ən ağır anlarda mənim dayağım olub, arxamda durubdur, mənimlə bir yerdə olubdur. Ona görə də biz işləmişik, mübarizə aparmışıq, qalib gəlmişik.

* Naxçıvan haqqında mənim ürəyim o qədər doludur ki, nə qədər desəm yenə də tükənməz.