"Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edildi

Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə Sədərək Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və Tikinti  şöbəsinin müdiri Süleymanov Vüqar Məmməd oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. Bu münasibətlə Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Süleymanov Vüqarı təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulamış, medalı və vəsiqəni təqdim etmişdir.