Azər Məmmədrəhimov Sədərək rayonunda vətəndaşlarla qəbul keçirib

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov Sədərək rayonunda vətəndaşlarla qəbul keçirib. Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin Sədərək Rayon Heydərabad qəsəbəsində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

 

Qəbul Sədərək Rayon Rabitə İdarəsində baş tutub. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, əsasən telekommunikasiya və nəqliyyat xidmətləri ilə bağlı məsələlər müzakirə olunub.

 

Qazi ailəsinin və sağlamlıq imkanı məhdud şəxsin də iştirak etdiyi qəbulda müraciətlərin operativ şəkildə araşdırılması və mövcud qanunvericiliyə uyğun həlli məqsədilə Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.