Sədərək rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Rayon ərazisində yerləşən tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Son zəng” tədbirində İcra başçısı məzunlara, ailə üzvlərinə və pedaqoji kollektivə “Son zəng” münasibəti ilə təbriklərini çatdırıb, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişafın əldə olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.
Daha sonra “Son zəng” tədbiri məktəblilərin hazırladıqları bədii kompozisiyaları ilə davam edib.