Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonda fəaliyyət göstərən sahibkarlarla görüşüb. Görüşdə sahibkarlarla yanaşı rayon icra hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi və 2 sayli vergilər idarəsinin əməkdaşları iştirak edib.
Görüşü giriş sözü ilə açan icra başçısı Naim Cahidzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb. Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını bildirərərək ölkə rəhbərliyinə sonsuz minnətdarlıqlarını ifadə ediblər. İcra Hakimiyyətinin başçısı sahibkarlara bu görüşdə fəal iştirak edərək səmərəli təkliflər verdiklərinə görə minnətdarlığını bildirmiş, Sədərəyin iqtisadi inkişafında onlara uğurlar arzulamışdır. Burada qaldırılan hər bir təklifin ətraflı araşdırılacağını sahibkarların diqqətinə çatdırmışdır.