Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kəndində taxıl təsərrüfatçılarının iştirakı ilə taxıl biçinin gedişinə dair səyyar qəbul keçirdib.
Muxtar respublikada taxılçılığın inkişaf etdirildiyi ərazilərdən biri də Sədərək rayonudur. Rayonda son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bu məqsədlə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayon ərazisində olan təsərrüfatlarda taxıl biçinin gedişatı ilə tanış olmuş, təsərrüfatçıların qarşılaşdığı sıxıntılarla maraqlanmış və problemlərin həlli üçün müzakirələr aparmışdır.
Təsərrüfatlarda taxıl biçini ilə maraqlanan icra başçısına məlumat verilərək bildirilib ki, qısa müddət ərzində biçinə başlanılmasına baxmayaraq ötən illə müqayisədə bu il daha yüksək məhsuldarlıq əldə olunur. Hazırda sahələrdə məhsulun vaxtında və itkisiz yığılması üçün bütün lazımi tədbirlər görülür.
Onu da qeyd edək ki, iyun ayının əvvəlindən etibarən həmin sahələrdə biçin işlərinə başlanılıb.