Heydərabad qəsəbəsində keçirilən görüşdə beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan Naim Cahidzadə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkədə idman sahəsində böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, idmanda qazandığımız nailiyyətlər, dünya və avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu gün Sədərək rayon yetirmələri olan idmançılarımızın beynəlxalq arenada yüksək nəticələr əldə etdiyini diqqətə çatdıran rayon rəhbəri, bu münasibətlə onları təbrik edib və yeni nailiyyətlər arzulayıb.
İdmançılar və məşqçilər ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.