Sədərək rayon Dəmirçi kənd şəhidi I Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları tapılan şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Şərur şəhidlər xiyabanında dəfn olunub.
Sonra yaylım atəşi olub. Şəhidin tabutu üstündə olan dövlət bayrağı şəhidin qardaşına təqdim olunub.
Dəfn mərasimində şəhid Muxtar Məmmədovun doğmaları, Sədərək və Şərur Rayon İcra Hakimiyyətlərinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub, I Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edib.
26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.