27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə bağlı ağac əkmə aksiyası

27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Heydərabad qəsəbə ərazisində, Sədərək-Heydərabad  avtomobil yolunun kənarındakı geniş sahədə ağacəkmə aksiyası keçirilib. Təşkil edilmiş aksiyada Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə, idarə təşkilatların əməkdaşları və struktur bölmələrin işçiləri  ilə yanaşı  könüllülər də iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, əkin üçün hazır vəziyyətə gətirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilmiş aksiya zamanı Heydərabad qəsəbəsində  100-dən çox tut  tingi əkildi. İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma məqsədilə nəzərdə tutulmuş  şəxslər müəyyən olunub.