Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 oktyabr 2010-cu ildə Sədərək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılış mərasimində



Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində 5 oktyabr 2010-cu il tarixində Sədərək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsmiş və bina ilə yaxından tanış olmuşdur.
Prezident İlham Əliyev 5 oktyabr 2010-cu il tarixdə Sədərək kənd 2 nömrəli tam orta məktəbin açılış mərasimində

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Sədərək Rayonunun Sədərək kənd 2 nömrəli tam orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir. Dövlət başçısı məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Prezident İlham Əliyev 5 oktyabr 2010-cu il tarixdə Sədərək rayonunun Heydərabad qəsəbəsində tikilən yeni mənzillərlə tanış olmuşdur



Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılmışdır. Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilmişdir. İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanmışdır. Tikilən 16 yeni ev də sakinlərə təqdim olunmuşdur. İkimərtəbəli evlərə telefon, qaz, elektrik və su xətləri çəkilmişdir. Ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, yollara asfalt döşənmişdir.
Prezident İlham Əliyev 5 oktyabr 2010-cu il tarixdə Sədərək rayonunda “N” saylı hərbi hissə ilə tanış olmuşdur.






Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış oldu. Binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilmişdir. Sonda Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr etdi.