Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

20 noyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Sədərək Rayon Təşkilatının təşkilatçılığı ilə partiyanın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası – güclü dövlətçilik, milli birlik və davamlı inkişafın siyasi dayağı” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Heydərabad qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin əzəmətli büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra keçirilən tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Vüsalə Əliyeva və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mahir İsmayılov çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaranma tarixi, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolu, milli birlik və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti barədə fikirlər səsləndirilib.