Təhsil naziri Sədərək rayonunda vətəndaş qəbulu keçirib

Avqustun 14-də Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov Sədərək rayonunda vətəndaşları qəbul edib. Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb. Sədərək Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.