Şəhid Zamanov Fazil İmran oğlunun mövlud günü münasibətilə məzarı ziyarət olunub.

Ziyarətdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Çıxış edənlər Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinin daim uca tutulduğunu, onların göstərdiyi igidliyin gələcək nəsillər üçün nümunə olduğunu bildiriblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiramla yad edilir və onların ailələrinə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir.