Şəhid Gözəlov Rüfət Əzim oğlunun mövlud günü münasibətilə onun əziz xatirəsi yad edilib. Bu münasibətlə ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyub, xatirəsini ehtiramla anıblar.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu və Vətən uğrunda göstərdiyi igidlikdən bəhs olunub. Bildirilib ki, Rüfət Gözəlov kimi qəhrəmanların xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların əziz xatirəsi heç vaxt unudulmayacaqdır.
Sonda şəhidin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri düzülərək ehtiram ifadə olunub.