Ziyarət zamanı Vətən uğrunda canından keçən şəhid Abdullazadə Tağı İlham oğlunun əziz xatirəsi dərin ehtiramla yad edilib, ailə üzvləri ilə görüş keçirilib. Bildirilib ki, şəhid ailələrinə diqqət və qayğının göstərilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu ailələr hər zaman yüksək ehtiramla əhatə olunurlar.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları Abdullazadə Yusufu doğum günü münasibətilə təbrik edərək ona möhkəm can sağlığı, firavan həyat, təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıblar.