“Şəhərsalma və memarlıq ili” çərçivəsində Sədərək rayonunda ağacəkmə aksiyası keçirilib.

“Şəhərsalma və memarlıq ili” çərçivəsində Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya Qaraağac kəndində yerləşən tut və badam bağlarında aparılan bərpa işləri ilə müşayiət olunub.
Keçirilən tədbir zamanı mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və bağların bərpası məqsədilə ümumilikdə 600 ədəd ağac tingi əkilib. Belə ki, ərazidə 300 ədəd tut və 300 ədəd badam tingi torpağa basdırılıb.
Əkilən tinglərin normal inkişafını təmin etmək məqsədilə sahələr suvarılıb, ağaclara aqrotexniki qulluq göstərilib və onların qorunması üçün zəruri tədbirlər görülüb.