2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə ümumilikdə 300 ədəd ağac tingi əkilib. Təbiətin qorunması, yaşıllıqların artırılması və ekoloji cəhətdən sağlam mühitin formalaşdırılması istiqamətində həyata keçirilən bu cür tədbirlər rayonun abadlaşdırılmasına, ətraf mühitin mühafizəsinə və gələcək nəsillər üçün daha yaşıl mühitin yaradılmasına mühüm töhfə verir. Sədərək rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.