
Sədərək Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən Şəhid Sultanov Kamil və Şəhid Heydərov Hüseynin ailələri ziyarət edilib, ailə üzvləri və yaxınları ilə görüşülüb, onların ailə vəziyyətləri, eləcə də problem və qayğıları ilə yaxından maraqlanılıb.
Ailələrlə söhbət zamanı şöbə müdiri Musfiq Məmmədov müqəddəs torpaqlarımızın düşmən tapdağında azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan və ailələrində mövcud olan problemlərin dərhal aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, şəhid ailələrinə göstərilən qayğı və problemlərin həlli qarşıda duran ən vacib vəzifələrdən biridir.
Şəhid ailələrinin üzvləri görüş zamanı onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkür və minnətdarlıqlarını bildirərək, bunun onlar üçün təsəlli rolunu oynadığını qeyd ediblər.


