Görülən işlər çərçivəsində qəsəbə ərazisində 5,8 hektar sahədə mövcud yaşıllıq zolaqlarının bərpası aparılıb, qurumuş və sıradan çıxmış ağacların yerinə ümumilikdə 800 ədəd müxtəlif növ ting əkilib. Əkilən tinglər ərazinin torpaq-iqlim şəraitinə uyğun seçilərək yaşıllıq fondunun yenilənməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.
Aparılan bərpa işləri nəticəsində ərazidə yaşıllıq sahələri yenidən canlandırılıb, abadlıq səviyyəsi yüksəldilib və yaşayış mühitinin daha sağlam və estetik görünüş almasına şərait yaradılıb. Bu kimi tədbirlər ətraf mühitin qorunması və yaşıllıqların davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.