Sədərək rayonunun gənc karateçiləri beynəlxalq turnirdə uğur qazanıblar

17–19 iyul 2026-cı il tarixlərində Azərbaycan Karate Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə İdman Sarayında keçirilən “Olimpiya Ümidləri” beynəlxalq karate turnirində Naxçıvan komandası uğurla çıxış edib.
Komandanın tərkibində mübarizə aparan Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin karate bölməsinin şagirdləri Abbasov İsa Şahin oğlu və Rəhimov Əli Sərxan oğlu da yüksək nəticələr əldə ediblər.
10 yaşlılar arasında (28 kq) keçirilən yarışlarda Abbasov İsa 4 görüşdən 3-də qalib gələrək gümüş medal, Rəhimov Əli isə 3 görüşdən 2-də qalib gələrək bürünc medal qazanıb.
Sədərək Rayon İcra Hakimiyyəti adından gənc idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar və yeni qələbələr arzulayırıq.