Anım tədbiri çərçivəsində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib. Çıxış edənlər şəhidlərimizin göstərdikləri qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu bildirərək, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.
Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən oğullarımızın xatirəsi hər zaman uca tutulacaq, onların keçdiyi şərəfli həyat yolu gənc nəslə vətənpərvərlik nümunəsi olacaq.