Sədərək rayonunda “Uşaqlarda vətənpərvərlik hissinin formalaşdırılması” mövzusunda maarifləndirici söhbət aparılmışdır.

16 mart 2026-cı il tarixdə Heydərabad qəsəbə tam orta məktəbində Sədərək Rayon İcra Hakimiyyətinin, Sədərək Rayon Gənclər və İdman İdarəsinin və Sədərək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqlarda vətənpərvərlik hissinin formalaşdırılması” mövzusunda maarifləndirici söhbət aparılmışdır. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ətrafında çıxışlar edilmişdir. Tədbirdə 14 şagird iştirak etmişdir.