Sədərək rayonunda ünvanlı dövlət sosial yardımla bağlı maarifləndirici tədbir keçirilib.

Tədbiri Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri İman Məmmədhəsənli açaraq ölkəmizdə həyata keçirilən sosial siyasət və aztəminatlı ailələrə göstərilən dövlət qayğısından bəhs edib. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Sahil Qurbanov, Toğrul İsmayılov və Rza Məmmədov ünvanlı sosial yardımın təyin olunma qaydaları, müraciət prosedurları və tələb olunan sənədlər barədə məlumat veriblər. Tədbirdə İcra Hakimiyyətinin əməkdaşı İbrahim Hənifəzadə icra nümayəndəliklərinin bu prosesdəki vəzifələrindən, Sahil Abdullayev isə rayonda sosial yardım sahəsində görülən işlərdən, vətəndaş müraciətlərinin operativ cavablandırılması və şəffaflığın təmin olunmasından danışıb.