Ziyarət zamanı şəhid atasına səmimi təbriklər çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür arzulanıb. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə tədbirlər ardıcıl olaraq davam etdirilir.
Görüş zamanı şəhidin xatirəsi ehtiramla yad olunub, onun keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Şəhid atası göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, şəhid ailələrinə göstərilən yüksək münasibətin onlar üçün böyük mənəvi dəstək olduğunu bildirib.