Sədərək rayonunda "Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə" mövzusunda tədbir keçirilmişdir.

25 fevral 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət idarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin inzibati binasında "Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə" mövzusunda tədbir keçirilmişdir. Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun müdiri Vüqar Süleymanov, Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Kəramət Abbasov və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət idarəsinin əməkdaşı Həbib Kərimov şəhərsalma nəzarətinin əsas norma və qaydaları, qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır.