Sədərək rayonunda mövcud yaşıllıq sahələrinə aqrotexniki qulluq işləri aparılıb.

Rayon ərazisində yaşıllıqların qorunması, mövsümi inkişafının təmin edilməsi və estetik görünüşünün yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Görülən işlər çərçivəsində ağac və kolların dibləri yumşaldılıb, yaşıllıq sahələrində suvarmanın səmərəli təşkili üçün arxlar açılaraq bərpa olunub. Eyni zamanda qurumuş, zədələnmiş və inkişafın qarşısını alan budaqlar kəsilərək budama işləri aparılıb. Budama nəticəsində ağacların daha sağlam böyüməsi, yeni zoğların əmələ gəlməsi və yaşıllıq sahələrinin səliqəli görünüşünün təmin edilməsi hədəflənib.
Aparılan aqrotexniki qulluq işləri yaşıllıq sahələrinin qorunmasına, mövcud ağac və kolların uzunömürlü olmasına, eləcə də rayon ərazisində ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edir. Həyata keçirilən tədbirlər çərçivəsində yaşıllıqlara mütəmadi nəzarətin təmin olunması və mövsüm ərzində aqrotexniki qulluq işlərinin davam etdirilməsi nəzərdə tutulur.