Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək Rayon Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə keçirilən tədbirə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Milli Musiqi Gününün əhəmiyyəti barədə çıxışlar edilib, dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi və Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Daha sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından səhnəcik, şeirlər və musiqi nömrələri təqdim olunmaqla tədbirin bədii hissəsi davam edib. Tədbirin sonunda Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib. Sonda Mədəniyyət Sarayı tərəfindən tədbir iştirakçılarına fəxri fərman və diplomlar təqdim olunub.