Sədərək rayonunda Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

17 noyabr 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı İbrahim Hənifəzadə, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Ülviyyə Əliyeva və Heydərabad qəsəbə tam orta məktəbinin müəllimi Vətən Əhmədov çıxış edərək 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən, 1988-ci ildə xalqımızın azadlıq və milli oyanış uğrunda mübarizəsindən, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən tarixi yoldan bəhs ediblər. Çıxışlarda Milli Dirçəliş Gününün xalqımızın milli birliyinin, azadlıq iradəsinin və müstəqillik əzminin təcəssümü olduğu vurğulanıb.