Sədərək rayonunda fermerlər üçün maarifləndirmə tədbiri keçirilib.

Keçirilən maarifləndirmə tədbirində aqrar sahədə tətbiq olunan yeniliklər və dəstək mexanizmləri barədə fermerlərə geniş məlumat verilib.
Tədbirdə aşağıdakı mövzular ətraflı izah olunub:
✅ “Azərbaycan Aqrar Subsidiya Şurası”nın təyin etdiyi yeni əmsalların tətbiqi
✅ Yaz əkinlərinin EKTİS sistemində bəyan olunması
✅ Vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması
✅ Torpaq analizlərinin aparılması və nəticələrin tətbiqi
✅ Kənd təsərrüfatı texnika və texnoloji avadanlıqlarının lizinq mexanizmi
✅ Erkən yaz dövründə əkin sahələrində aqrotexniki qulluq işləri
✅ Kənd təsərrüfatında aqrar sığorta mexanizminin tətbiqi